ABŞ-a məxsus helikopterlər ərazidə kəşfiyyat uçuşu həyata keçiriblər ABŞ-a məxsus helikopterlər ərazidə kəşfiyyat uçuşu həyata keçiriblər

İraqda ABŞ ordusuna məxsus yük maşınları yandırıldı - VİDEO

ABŞ-a məxsus helikopterlər ərazidə kəşfiyyat uçuşu həyata keçiriblər

İraqda ABŞ ordusuna məxsus “Hummer” tipli hərbi nəqliyyat vasitələrini daşıyan 3 yük maşını naməlum silahlı şəxslər tərəfindən yandırılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İraqın cənubunda, Divaniyə və Səmavə şəhərlərini birbirinə bağlayan avtomagistralda qeydə alınıb.

Baş verən yanğını söndürmək üçün əraziyə yanğınsöndürənlər cəlb edilib. ABŞ-a məxsus helikopterlər ərazidə kəşfiyyat uçuşu həyata keçiriblər.

Hadisə şahidləri helikopterlərin bəzi yaralıları xəstəxanaya daşıdığını iddia edib.

Pərvanə