- Dünyanın halı
- 3 Avqust 2020 10:27
- 3 820
Əfqanıstanda həbsxanaya terror hücumu - 11 ölü, 42 yaralı

Partlayışdan sonra bölgədə atışma səsləri eşidilib
Əfqanıstanın Cələlabad şəhərindəki bir həbsxanaya partlayıcı qurğu quraşdırılmış avtomobillə hücum təşkil olunub.
AzNews.az Əfqanıstan mətbuatına istinadən xəbər verir ki, 3 ayrı partlayışın baş verməsi nəticəsində 11 nəfər həlak olub, 42 nəfər isə yaralanıb. Partlayışdan sonra bölgədə atışma səsləri eşidilib.
Terror aktının məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.