Dünyada koronavirus Dünyada koronavirus

ÜST: Yoluxanların sayı 257 mindən çox artıb

Dünyada koronavirus

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 257 mindən çox artıb.

"TASS"ın yaydığı məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 3-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 257 677 nəfər yeni koronavirusa yoluxub, 5 810 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 17 918 582, ölənlərin isə 686 703 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 9 630 598 yoluxma və 363 162 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 391 779, ölənlərin sayı isə 213 559 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 187 015 yoluxma və 46 675 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

AzNews.az