Son 24 saat ərzində isə 89 yeni yoluxma qeydə alınıb Son 24 saat ərzində isə 89 yeni yoluxma qeydə alınıb

Bu şəhərdə hər kəs pulsuz koronavirus testindən keçəcək

Son 24 saat ərzində isə 89 yeni yoluxma qeydə alınıb

Çinin Hong Kong Xüsusi İnzibati Bölgəsində yaşayan hər kəsin pulsuz yeni növ koronavirus (COVİD-19) testi edə biləcəyi açıqlandı.

AzNews.az xəbər verir ki, səlahiyyətlilər, Çinin Hong Kong Xüsusi İnzibati Bölgəsində yeni növ korona virusun (COVİD-19) yayılması hallarının artması ilə əlaqədar hərəkətə keçdi. Hong Kongun baş icraçı direktoru Carrie Lam, bölgədə yaşayan təxminən 7 milyon 500 min insana pulsuz COVİD-19 testi təqdim ediləcəyini açıqladı. "Hong Kongdakı vəziyyət hələ də kritikdir" deyən Lam, planın ən tez 2 həftə ərzində həyata keçiriləcəyini bildirib. "Hong Kong vətəndaşlarının DNA nümunələrinin Çinə göndəriləcəyi yönündəki xəbərlər səhv və böhtandır" deyən Lam, hər kəsə pulsuz test təqdim edilməsi barədə tənqidlərə qarşı bütün nümunələrin testdən sonra məhv ediləcəyini açıqladı. Qeyd edək ki, Hong Kong iyulun əvvəlində koronavirus hadisələrinin artmasından sonra, toplaşmaları iki nəfərlə məhdudlaşdırdı və bütün açıq ictimai yerlərdə maska taxmaq qaydasını tətbiq etdi.

Hong Konqda yanvar ayından bəri virusa görə 46 nəfər ölsə də, 3 min 939 yoxluma aşkarlanıb. Son 24 saat ərzində isə 89 yeni yoluxma qeydə alınıb.