Milis əməkdaşları meydanda gəzir Milis əməkdaşları meydanda gəzir

Minskdə minlərlə insan Müstəqillik meydanına toplaşdı - Yenilənib

Milis əməkdaşları meydanda gəzir

Bazar ertəsi axşam Minskdə Belarus Hökumət Evinin qarşısında icazəsiz aksiya başlayıb.
AzNews.az bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

Əraziyə toplaşan şəxslər özləri ilə müxalifət şüarları yazılan plakatlar, ağ-qırmızı-ağ bayraqlar gətiriblər.

Milis əməkdaşları meydanda gəzir.

***

Müxalifətin icazəsiz aksiya iştirakçılarının bir hissəsi Volodarski küçəsində yerləşən 1 saylı İstintaq Təcridxanasının qarşısına gəlib, harada ki, həmçinin prezident seçkilərindən sonra etirazlar zamanı tutulanlar saxlanılırlar.

***

Belarus müxalifətinin tərəfdarları Minskdə Müstəqillik meydanında toplaşıblar. Onlar etiraz mahnıları oxuyur, şüarlar səsləndirirlər.

“RİA Novosti”nin əməkdaşının hesablamalarına görə, burada bir neçə min insan ola bilər.