Bayden dörd gündə 70 milyon dollar ianə toplayıb

Bu barədə siyasətçinin seçki qərargahı CNN-ə açıqlama verib

ABŞ prezidentliyinə Demokratlar Partiyasında namizəd Cozef Bayden seçki kampaniyası üçün partiyanın qurultayının keçirildiyi 4 gün ərzində 70 milyon dollar ianə toplanıb.

AzNews.az xəbər verir ki, bu barədə siyasətçinin seçki qərargahı CNN-ə açıqlama verib.

Keçən həftə isə Baydenin seçki kampaniyası cəmi iki gündə 48 milyon dollar ianə toplaya bilib.

Demokratlar Partiyasının qurultayı dörd gün virtual formatda keçirilib. Tədbirin yayımını 85,1 milyon TV izləyicisi və 35,5 milyon internet istifadəçisi daxil olmaqla ümumilikdə 122 milyon insan izləyib.

Qeyd edək ki, Bayden avqustun 21-i ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd olmağa razılıq verib.