Bu barədə BBC-nin məlumatında deyilir Bu barədə BBC-nin məlumatında deyilir

“Facebook” ölümünü canlı yayımlamağa hazırlaşan fransıza icazə vermədi

Bu barədə BBC-nin məlumatında deyilir

“Facebook” ölümünü onlayn göstərməyə hazırlaşan 57 yaşlı fransız Alen Kokun canlı yayımını bloklayacaq.

AzNews.az xəbər verir ki, bu barədə BBC-nin məlumatında deyilir.

Daha əvvəl evtanaziya olunması üçün prezident Emmanuel Makrona müraciət edən Alen rədd cavabı aldığından aclıq aksiyasına başlayıb. Qida və sudan imtina edən kişi ölüm anını sosial şəbəkədə canlı yayımlanacağını bildirib. Ancaq şirkət buna icazə verməyib.

“Mən bilirəm ki, növbəti günlər çətin olacaq. Ancaq seçimimi etmişəm, mən rahatam”, - deyə Kok açıqlamasında bildirmişdi.