Əks təsiri müşahidə edilib1145 Əks təsiri müşahidə edilib1145

Koronavirus vaksininin sınaqları dayandırıldı

Əks təsiri müşahidə edilib1145

“AstraZeneca” əczaçılıq şirkəti və Oksford Universitetinin hazırladığı koronavirus vaksininin ABŞ-da keçirilən sınaqlarının üçüncü mərhələsi müvəqqəti dayandırılıb.

AzNews.az-ın məlumatına görə, buna sınaqlarda iştirak edən könüllülərdən birində əks təsirin müşahidə edilməsi səbəb olub.

Həmin şəxs müşahidə altına alınıb, sağlamlıq vəziyyətinin ciddi olmadığı deyilir. Sınaqların bir neçə gün ərzində yenidən başlayacağı ehtimal olunur.