Məlumatı Rumıniyanın dövlət başçısının Mətbuat xidməti yayıb Məlumatı Rumıniyanın dövlət başçısının Mətbuat xidməti yayıb

Rumıniya prezidenti 15 ölkədəki səfiri geri çağırdı

Məlumatı Rumıniyanın dövlət başçısının Mətbuat xidməti yayıb

Rumıniya prezidenti Klaus Yohannis ölkəsinin 15 dövlətdəki səfirini geri çağırıb.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Rumıniyanın dövlət başçısının Mətbuat xidməti yayıb.

K.Yohannis sentyabrın 11-də Türkiyə də daxil olmaqla 15 ölkədəki səfirin geri çağırılması haqqında sərəncam imzalayıb. Səfirlər geri çağırılan ölkələr bunlardır: İraq, Livan, Argentina, Paraqvay, Avstraliya, Yeni Zelenadiya, Niderland, Finlandiya, Malayziya, Bruney, Peru, Boloviya, Macarıstan, Rusiya və Türkiyə.

Prezident Administrasiyası 12 diplomatın geri çağırılmasının səbəbini açıqlamasa da, yerli KİV səfirlərin səlahiyyət müddətinin başa çatdığını bildirib.