Bu barədə "YouTube"un rəsmi bloqunda bildirilib Bu barədə "YouTube"un rəsmi bloqunda bildirilib

“YouTube” “TikTok”a rəqib proqram istifadəyə verəcək

Bu barədə "YouTube"un rəsmi bloqunda bildirilib

"YouTube" qısa videoçarxların yaradılması üçün özünün "YouTube Shorts" xidmətini istifadəyə verəcək.

AzNews.az xəbər verir ki, bu barədə "YouTube"un rəsmi bloqunda bildirilib.

"Biz "YouTube Shorts"un yaradılması haqqında bildirməyə şadıq - qısa videoçarxlar üçün yeni xidmət birbaşa “YouTube” platformasında", - rəsmi bloqun relizində qeyd edilir.

"YouTube" istifadəçiləri videoçarxları 15 saniyəyə qədər müddətdə bölüşə biləcəklər. Proqrama paylaşılacaq videoya musiqi əlavə etmək olacaq, istifadəçilər həmçinin bir neçə çarxı birləşdirə biləcəklər.

"Beta-versiya" əvvəlcə Hindistanda, sonra başqa ölkələrdə istifadəyə veriləcək.

Qeyd edək ki, Çin “TikTok” proqramını istifadəyə verdikdən sonra, 2019-cu ildə dünyada qısa müddətli videoçarxlar daha populyar olub.