Son 24 saat ərzində ölkədə 41 nəfər bu virusun qurbanı olub Son 24 saat ərzində ölkədə 41 nəfər bu virusun qurbanı olub

Mərakeşdə rekord göstərici

Son 24 saat ərzində ölkədə 41 nəfər bu virusun qurbanı olub

Mərakeşdə son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda - 2 760 nəfər artıb.

AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son 24 saat ərzində ölkədə 41 nəfər bu virusun qurbanı olub.

Mərakeşdə ümumilikdə 97 264 nəfərdə koronavirus aşkarlanıb, 1 755 pasiyent dünyasını dəyişib.

İndiyədək 76 690 nəfər sağalıb. Ölkədə 18 819 aktiv koronavirus xəstəsi var ki, onlardan da 264-ü ağır vəziyyətdədir.