Bu barədə Kreml məlumat yayıb Bu barədə Kreml məlumat yayıb

Makronla Putin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

Bu barədə Kreml məlumat yayıb

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

AzNews.az "Report" istinadən xəbər verir ki, dövlət başçıları telefon danışığının gedişatında Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə olub. İki dövlətin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin kəskinləşməsini pisləyiblər, həmçinin davam edən döyüş əməliyyatları ilə əlaqədar narahatlıqlarını ifadə ediblər.