Qızı sosial şəbəkədə yazıb Qızı sosial şəbəkədə yazıb

Ermənistanın keçmiş deputatı Dağlıq Qarabağda ölüb

Qızı sosial şəbəkədə yazıb

Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan Dağlıq Qarabağ münaqişə zonasında davam edən döyüşlər zamanı ölüb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, bu barədə siyasətçinin qızı sosial şəbəkədə bildirib.

D.Matevosyan 1995-99-cu illərdə deputat olub. 2008-ci il prezident seçkilərində Levon Ter-Petrosyanın seçki kampaniyasına rəhbərlik edib. Seçkilərdən onra baş vermiş iğtişaşlarla əlaqədar 3 il müddətinə azadlıqdan məhrum edilib.