Ermənistanda daha 2213 nəfər yoluxdu

Daha 12 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1157-ə çatıb

Ermənistanda son sutka ərzində daha 2213 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

AzNews.az xəbər verir ki, bununla Ermənistanda koronavirusa yoluxanların sayı 75 min 523 nəfərə çatıb.

Daha 12 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1157-ə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.