Görüş çərçivəsində Ermənistanda müharibədən sonra yaranmış vəziyyətlə bağlı məsələlər müzakirə olunub Görüş çərçivəsində Ermənistanda müharibədən sonra yaranmış vəziyyətlə bağlı məsələlər müzakirə olunub

Ümumdünya Erməni Konqresi Paşinyanın istefasını tələb etdi

Görüş çərçivəsində Ermənistanda müharibədən sonra yaranmış vəziyyətlə bağlı məsələlər müzakirə olunub

Ümumdünya Erməni Konqresi və Rusiya Erməniləri İttifaqı Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

AzNews.az bildirir ki, bu barədə “News.am” xəbər verib.

Bu günlərdə Yerevanda Ümumdünya Erməni Konqresi (ÜEK) və Rusiya Erməniləri İttifaqının (REİ) təşəbbüsü ilə REİ və ÜEK-in Prezidenti Ara Abramyanın sədrliyi ilə dəyirmi masa keçirilib. Görüş çərçivəsində Ermənistanda müharibədən sonra yaranmış vəziyyətlə bağlı məsələlər müzakirə olunub.

Görüş iştirakçıları bəyan ediblər ki, yaranmış vəziyyətdə Ermənistanın Baş naziri Nikol Paşinyan istefaya getməli, Konstitusiya yolu ilə yeni Baş nazir və səlahiyyətli hökumət seçilməlidir. İl ərzində yeni hökumət növbədənkənar parlament seçkiləri hazırlamalıdır.