Bu barədə ölkənin səhiyyə naziri Jan Blanti məlumat verib Bu barədə ölkənin səhiyyə naziri Jan Blanti məlumat verib

Bu ölkədə qadağalar ləğv olunur

Bu barədə ölkənin səhiyyə naziri Jan Blanti məlumat verib

Çexiyada koronavirusla bağlı qoyulan məhdudiyyətlər aradan qaldırılır.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Jan Blanti məlumat verib.

O, Nazirlər Kabinetinin “COVID-19”la bağlı verdiyi qərarları ictimaiyyətlə bölüşüb. Nazir epidemiya səbəbi ilə 4 olan risk səviyyəsinin ölkədə 3-ə düşdüyünü, bu səbəbdən bəzi məhdudiyyətlərin aradan qaldırılmasına qərar verildiyini bildirib.

Xidmət sektoru da daxil olmaqla bütün müəssisələrin dekabrın 3-də açılacağını bildirən Blatni restoranların da fəaliyyət göstərəcəyini və iş yerlərində müəyyən sayda müştəriyə xidmət veriləcəyini açıqlayıb.

Nazir restoran, barların saat 22:00-a qədər açıq olacağını, ən çox 4 nəfərin birlikdə olmasına icazə veriləcəyini və açıq yerlərdə isə 50 nəfərdən az insanın iştirakı ilə kiçik tədbirlərin baş tutacağını söyləyib.

Qeyd edək ki, Çexiyada son 24 saatda 2 min 665 nəfər virusa yoluxub.