Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb

Ermənistanda

Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə petisiya hazırlanıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, petisiya “change.org” saytında yer alıb.

Petisiyada qeyd olunur ki, N.Paşinyan baş verən hadisələrlə əlaqədar üzərinə məsuliyyət götürməli və istefa verməlidir.

Qeyd edək ki, eyni zamanda Ermənistanda baş nazirin istefası ilə bağlı etirazlar davam edir.

AzNews.az