Müvafiq kadrlar Çinin "CGTN" telekanalı tərəfindən yayımlanıb Müvafiq kadrlar Çinin "CGTN" telekanalı tərəfindən yayımlanıb

Çin ABŞ və SSRİ-dən sonra Aya bayrağını sancdı

Müvafiq kadrlar Çinin "CGTN" telekanalı tərəfindən yayımlanıb

Çinin Aya "Chang'e 5" missiyası çərçivəsində Ay səthinə ilk dəfə həmin ölkənin milli bayrağı sancılıb.

AzNews.az xəbər verir ki, bununla Çin ABŞ və SSRİ-dən sonra Aya bayrağını sancan 3-cü ölkə olub. Müvafiq kadrlar Çinin "CGTN" telekanalı tərəfindən yayımlanıb.

"İlk dəfədir ki, Çin fabrikdə istehsal olunan milli bayrağı Ayda nümayiş etdirir", - deyə kanalın açıqlamasında qeyd olunub. Kanal əvvəlki Chang'e 3 və Chang'e 4 missiyaları zamanı milli bayrağın "kosmik gəminin örtüyü kimi təqdim olunduğunu" xatırladıb.

1 dekabrda aya yumşaq eniş edən "Chang'e 5" missiyasını tamamlayaraq 3 dekabrda Ay səthindən ayrılıb.