Bu barədə ABŞ prezidenti Donald Tramp çıxış edib Bu barədə ABŞ prezidenti Donald Tramp çıxış edib

ABŞ-ın koronavirus peyvəndi gələn həftə hazır olacaq

Bu barədə ABŞ prezidenti Donald Tramp çıxış edib

Amerikanın koronavirus əleyhinə yeni vaksini gələn həftə yerli tənzimləyicisi tərəfindən bəyəniləcək, sonra ölkədə əhalinin peyvənd edilməsinə başlanılacaq.

AzNews.az TASS-a istinadən xəbər verir ki, belə əminliklə Corciya ştatında tərəfdarları qarşısında çıxış edən ABŞ prezidenti Donald Tramp çıxış edib.

"Və onlar (bəyənilmə) gələn həftə başlanacaq. Və biz vaksinləməyə başlayacağıq", - dövlət başçısı deyib.

Trampın fikrincə, onun administrasiyasının səyləri sayəsində ABŞ-da vaksinin hazırlanılması prosesi inanılmaz dərəcədə sürətli olub. "Başqa administrasiyada bu, beş il vaxt aparardı. Bizə yeddi ay lazım oldu", - respublikaçı dövlət başçısı əminliyini ifadə edib.

Birləşmiş Ştatlar administrasiyası koronavirus peyvəndinin hazırlanılması üçün Amerikanın “Moderna” şirkətinə 486 milyon ABŞ dolları, “Johnson & Johnson”a 456 milyon ABŞ dolları, Britaniya-İsveçin müştərək “AstraZeneca” kompaniyasına isə 1,2 milyard ABŞ dolları ayırıb.