Siyahıya qocalar evində çalışan 20 əməkdaş da daxildir Siyahıya qocalar evində çalışan 20 əməkdaş da daxildir

Şaxta baba 118 nəfəri koronavirusa yoluxdurdu

Siyahıya qocalar evində çalışan 20 əməkdaş da daxildir

Belçikada qocalar evini ziyarət edən “Şaxta baba” 118 nəfərin yeni növ koronavirusa yoluxmasına səbəb olub.

AzNews.az xəbər verir ki, hadisə Antverpen şəhərində qeydə alınıb. Milad ərəfəsində keçirilən kiçik bayram şənliyinə “Şaxta baba” obrazında gələn şəxsin “COVID-19” xəstəsi olduğu ortaya çıxıb.

Əvvəlcə onun təmasda olduğu 45 qocalar evi sakini virusa yoluxub. Bu say daha sonra artaraq 118-ə yüksəlib.

Siyahıya qocalar evində çalışan 20 əməkdaş da daxildir.