- Dünyanın halı
- 30 Dekabr 2020 09:01
- 2 843
Koronavirusun yeni ştammı ABŞ-da da ortaya çıxdı
Müvafiq bəyanatla ştatın qubernatoru Cared Polis çıxış edib
Mütəxəssislər ABŞ-ın Kolorado ştatında koronavirusun yeni ştammına ilk yoluxma halını qeydə alıblar.
AzNews.az “TASS”a istinadən bildirir ki, müvafiq bəyanatla ştatın qubernatoru Cared Polis çıxış edib.
“Bu gün biz Koloradoda daha əvvəl Birləşmiş Krallıqda aşkar edilmiş “COVID-19”un B.1.1.7 növünə ilk yoluxma halını müəyyən etdik”, - deyə o qeyd edib.