“Çex Hava Yolları” bütün əməkdaşlarını ixtisar edir

ÇSA dünyanın 5 ən yaşlı hava yolu şirkəti arasındadır

“Çex Hava Yolları” (ÇSA – Çeske aerolinie) şirkəti 430 əməkdaşının hamısını işdən çıxaracaqları barədə həmkarlar ittifaqı və əmək birjasını xəbərdar edib.

Bu barədə Çex Təyyarə Heyətləri Əməkçi İttifaqının sədri Teresa Leffelman bunun pandemiya üzündən uçuşların kütləvi şəkildə ləğv olunması ilə bağlı olduğunu bildirib. Eyni zamanda, dövlət dəstəyindən də məhrum olunan şirkətin kreditorları tərəfindən verilən ərizələrə əsasən müflisləşmə işlərinin başlamasına dair moratoriumun müddəti bu ayın sonunda başa çatır.

Belə ki, ÇSA fevralın əvvəlində hökumətdən 1,1 milyard kron (42,5 milyon avro) məbləğində maliyyə yardımı istəsə də, sənaye və ticarət naziri Karel Havliçek şirkətə maliyyə yardımı ayırmaq fikrində olmadıqlarını bildirib.

Qeyd edək ki, 1923-cü iluin 6 oktyabr tarixində o zaman Çexoslovakiya hökumətinin qərarı ilə təsis olunmuş ÇSA dünyanın 5 ən yaşlı hava yolu şirkəti arasındadır. (report)

AzNews.az