Suriyada Prezident seçkiləri: Bəşər Əsəd yenə namizəd olacaq!

Seçki mayın 26-da keçiriləcək

Suriyada yaxın günlərdə keçiriləcək prezident seçkilərinin tarixi açıqlanıb.

Məlumata görə, seçki mayında 26-da keçiriləcək.

Seçkilərə qatılmaq istəyən prezidentliyə namizədlər aprelin 19-dan seçki orqanlarına müraciət edə bilərlər.

AzNews.az xəbər verir ki, Suriyanın hazırkı lideri Bəşər Əsəd 16 iyul 2014-cü ildə prezident vəzifəsinin icrasına yenidən başlayıb. Ölkədə 2012-ci ildə qəbul edilən konstitusiyaya görə, Bəşər Əsəd daha 7 illik bir dönəm üçün qarşıdakı seçkilərdə namizəd ola biləcək.

AzNews.az