Dünyanın ən bahalı şəhərləri seçildi - SİYAHI

İllərdir ilk sırada yer alan Honqkonq ikinci olub

ABŞ-ın insan resurslarının idarə edilməsi üzrə konsaltinq şirkəti “Mercer” hər il olduğu kimi bu il də dünyanın ən bahalı şəhərləri ilə bağlı araşdırma hazırlayıb.

AzNews.az “Haber Global”a istinadən məlumat verir ki, ən bahalı şəhər Aşqabad seçilib.

İllərdir ilk sırada yer alan Honqkonq ikinci olub.

Beyrut isə 42 pillə irəliləyərək 3-cü yerə çıxıb.

209-cu sırada qərarlaşan Bişkek isə ən ucuz şəhər seçilib.

Araşdırma zamanı mənzil, nəqliyyat, yemək, geyim, ev əşyaları və əyləncə daxil olmaqla hər şəhərdəki 200-dən çox məhsulun müqayisəli xərcləri ölçülüb.

Ən bahalı şəhərlərin ilk onluğuna Avropadan cəmi 3 şəhər daxil olub.

Bunlar 5-ci sırada Zürix, 8-ci sırada Cenevrə və 10-cu sırada Berndir. Avropanın ən ucuz şəhəri isə 207-ci sırada qərarlaşan Tibilisi olub.

İlk onluğa Afrikadan şəhər daxil olmayıb. Asiyadan onluğa daxil olan 6 dövlətin arıcıllığını 4-cü yerdə Tokio, 6-cı yerdə Mumbay, 7-ci yerdə Sinqapur, 9-cu yerdə pekin qoruyur.