Hadisə yerinə xilasedicilər göndərilib Hadisə yerinə xilasedicilər göndərilib

Yaponiyada sürüşmə baş verib, itkin düşənlər var

Hadisə yerinə xilasedicilər göndərilib

Yaponiyanın Sidzuoka prefekturasının Atami şəhərində sürüşmə baş verib. 20-dək insanın itkin düşdüyü bildirilir.

AzNews.az “Report”a istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Hadisə yerinə xilasedicilər göndərilib.

Artıq bir neçə gündür ki, Yaponiyanın mərkəz və şərq regionlarında güclü yağışlar yağır. Son 2 gün ərzində ayrı-ayrı rayonlara 400-600 mm yağıntı düşüb.