O sentyabrın 30-dək həbsdə qalacaq O sentyabrın 30-dək həbsdə qalacaq

Sabiq baş nazir həbs edildi

O sentyabrın 30-dək həbsdə qalacaq

Qırğızıstanın sabiq baş naziri Temir Sarıyev Kumtor layihəsi üzrə cinayət işi ilə bağlı həbs olunub.

Bu barədə paytaxt Bişkekin rayon məhkəməsi məlumat yayıb.

Hökmə əsasən onun barəsində məhkəməyə qədər həbs qətimkan tədbiri seçilib. T.Sarıyev sentyabrın 30-dək həbsdə qalacaq.

T.Sarıyev 2016-cı ilin 11 aprelində vəzifəsindən istefa verib. O, 2015-ci ötən il mayın 2-dən Nazirlər Kabinetinə başçılıq edib.

Baş nazirin istefasına səbəb kimi avtomobil yollarının yenidən qurulması ilə bağlı elan edilən tenderdə yaranan narazılıq olub. Nəqliyyat və kommunikasiya naziri bu məsələdə baş nazirin ətrafını ittiham edib.

Daha əvvəl keçmiş prezidenti Əsgər Akayev Bişkekə gətirilib.

O, bir müddət əvvəl Kumtor mədəni ilə bağlı razılaşmanı imzalamaqda ittiham olunurdu. Bu müqavilənin imzalanması satqınlıq adlandırılır. Kumtor qızıl mədəni Kanada şirkətinə məxsusdur. (Report)