Qırğız Respublikasında parlament seçkilərində səsvermə başa çatıb

Seçkilər 2005-ci ildən sonra ilk dəfə qarışıq sxemlə keçirilir

Qırğız Respublikasında parlament seçkilərində səsvermə başa çatıb.
Aznews.az-ın xəbərinə görə, yerli vaxtla seçki məntəqələri saat 20.00-da bağlanıb.
Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, seçici fəallığı 2020-ci ildəki səsvermə ilə müqayisədə 1,5 dəfə az olub.
İlkin nəticələrə görə, səslərin 1 faizi sayılıb və hələlik müxalif partiyalardan hər hansı biri 5 faizlik baryeri keçə bilməyib. Hazırkı faiz göstəricilərinə əsasən, parlamentdə 10 partiya təmsil olunacaq. Onların arasında 42,04 faiz göstərici ilə Ata Yurd Partiyası liderdir.

Aznews.az

saat 06.28

Qırğızıstanda son bir ildə ikinci dəfə parlament seçkiləri keçirilir. Seçki məntəqələri 08.00-da (Bakı vaxtı ilə 06.00) açılıb.

Ölkədə 3.7 milyon nəfər seçki hüququna malik vətəndaş var. Ölkə daxilində və xaricdə 2500 səsvermə məntəqəsi fəaliyyət göstərir.

Seçkilər 2005-ci ildən sonra ilk dəfə qarışıq sxemlə keçirilir: 54 deputat partiya siyahısı ilə, 36 nəfər isə birmandatlı dairələrdə seçiləcək.
Qanunverici orqandakı 90 yer uğrunda 21 siyasi partiyadan 300 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığından asıllı olmadan parlament seçkiləri baş tutmuş hesab ediləcək.

Seçkilərin gedişatını gün ərzində 736 beynəlxalq müşahidəçi izləyəcək.

Qeyd edək ki, ötən payızda keçirilmiş parlament seçkiləri zamanı çoxsaylı qanun pozuntularına yol verildiyi üçün Mərkəzi Seçki Komissiyası nəticələri ləğv etmişdi.

Aznews.az