Stoltenberq: Bu, Rusiyanın hücumuna bəhanə ola bilməz

Rusiyanın Ukraynaya hücumu ilə bağlı səsləndirdiyi bəhanələr tamamilə qəbuledilməzdir.

Aznews.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Ukraynadakı milli azlıqlar, dil qanunu barədə məsələlər işğalçılıq üçün bəhanə ola bilməz: "Siz düşünməyə başlasanız ki, bu narazılıqlar müharibəyə başlamaq üçün bəhanə ola bilər, minlərlə insanı öldürə bilərsiniz, şəhərləri, mülki obyektləri bombalaya bilərsiniz, o zaman bu tamamilə qəbuledilməzdir və bütün Avropa üçün dərəcədə təhlükəlidir".