NATO-da Çinlə əlaqələr müzakirə olunur

NATO ölkələrinin xarici işlər nazirləri Rumıniyanın paytaxtı Buxarestdə görüşlərinin ikinci günündə Çinlə əlaqələr və terrorla mübarizə kimi məsələləri müzakirə etmək üçün toplaşıblar.

Aznews.az CNNTÜRK-ə istinadən xəbər verir ki, görüş Buxarestdəki Parlament Sarayında keçirilir.

NATO Çini rəqib kimi görmür, lakin onun son illərdə artan hərbi xərcləri və nüvə silahlarının şaxələndirilməsi, təsir dairəsini genişləndirmək səyləri və Rusiya ilə münasibətləri narahat edir.

NATO əsas iqtisadi və kommersiya tərəfdaşı kimi Çinlə münasibətlərin davam etdirilməsinin vacibliyinə diqqət çəkib.

NATO-nun nazirlər toplantısının bugünkü digər sessiyasında “Rusiyanın təzyiqinə məruz qalan tərəfdaşlar” müzakirə olunacaq. Bosniya və Herseqovina, Moldova və Gürcüstanın xarici işlər nazirləri bu sessiyada NATO ölkələrinin nazirlərinə qatılacaqlar.

NATO Xarici İşlər Nazirləri Toplantısının iclaslarında namizəd ölkələr Finlandiya və İsveç də iştirak edir. İclasın dünənki hissəsində Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya yardım məsələsi müzakirə olunub.

Mövsüm