ABŞ-dan Şimali Koreya açıqlaması

Koreya yarımadası və ətrafında qarşılıqlı hərbi təlimlər səbəbiylə Şimali Koreya ilə ABŞ arasında gərginlik davam edərkən, Ağ Evdən mövzu ilə bağlı yeni açıqlama gəldi. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi onlayn mətbuat konfransında Pxenyana təzyiqləri davam etdirmək üçün bütün müttəfiqləri və tərəfdaşları ilə birlikdə çalışdıqlarını bildirib.

Aznews.az xəbər verir ki,ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Şimali Koreya lideri Kim Çen In haqqında “Biz ilkin şərt olmadan danışıqlara hazırıq, təlimlərimiz davam edəcək” deyib.

"Səmimi söyləyə bilərəm ki, yarımadanın nüvəsizləşdirilməsi üçün perspektivli diplomatik həll yolu tapmağa çalışmaq üçün Kim Çen Inla heç bir şərt qoymadan danışıqlara hazırıq. Bu təklif hələ də qüvvədədir. "deyən Kirbi, Pxenyan Vaşinqtonun təklifinə səssiz qaldığını vurğuladı.

Mövsüm