Yaponiya Rusiyanın raket hücumu fonunda sanksiyaları sərtləşdirir

Yaponiya Rusiyaya qarşı sanksiyaları sərtləşdirib, malları ixrac qadağası siyahısına əlavə edib, məmur və qurumların aktivlərini dondurub.

Aznews.az xəbər verir ki, qərar, Almaniya və ABŞ -ın Kiyevə tank tədarükünü təsdiqləməsindən sonra Rusiyanın Ukraynaya raket hücumu həyata keçirməsindən və ən azı 11 nəfərin ölümündən sonra qəbul edilib .

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin bəyanatında “Ukrayna ətrafındakı vəziyyət və sülhü təmin etmək üçün beynəlxalq səylərə töhfə vermək üçün Yaponiya digər böyük dövlətlər kimi ixrac qadağaları tətbiq edəcək”-deyə qeyd olunub.

Qeyd edək ki, yeni sanksiyalar çərçivəsində Yaponiya fevralın 3-də Rusiyadakı 49 təşkilata hərbi potensialını artırmaq üçün istifadə oluna biləcək əşyaların göndərilməsini qadağan edəcək.

Mövsüm