- Dünyanın halı
- 15 Fevral 2023 14:53
- 3 845
Rumıniya hava məkanında “naməlum uçan obyekt”

Rumıniya hava məkanında “naməlum uçan obyekt”in aşkarlanması ilə bağlı həyəcan elan edilib.
Aznews.az xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyindən verilən açıqlamada NATO komandanlığındakı iki döyüş təyyarəsinin hava məkanında uçan cisim aşkarlandıqdan sonra havaya qalxdığı bildirilib.
Açıqlamada meteoroloji şarına bənzədiyi bildirilən uçan obyektin ölkənin radar sistemi tərəfindən 11 min metr yüksəklikdə təsbit edildiyi açıqlanıb.
Döyüş təyyarələrinin təxminən 30 dəqiqə ərzində bölgəni "skan" etdiyinə dair məlumatların yer aldığı açıqlamada uçan obyektin tapıla bilmədiyi qeyd edilib.
Mövsüm