- Dünyanın halı
- 17 Fevral 2023 14:27
- 3 829
Yeni Zelandiyada qasırğa nəticəsində ölənlərin sayı 8-ə çatıb

Yeni Zelandiyada sel və torpaq sürüşməsinə səbəb olan Qabrielle qasırğasında ölənlərin sayı 8-ə çatıb.
AzNews.az xəbər verir ki, bu barədə Yeni Zelandiyanın baş naziri Kris Hipkins məlumat verib.
Hipkins 4 min 549 nəfərin taleyinin hələ də bilinmədiyini bildirib. Yeni Zelandiyaya kömək üçün Avstraliyanın 25 nəfərlik fəlakətlə mübarizə qrupu gedib.