- Dünyanın halı
- 24 Fevral 2023 16:43
- 3 354
Volodimir Zelenski və Mateuş Moravetski müalicə alan ukraynalı əsgərləri ziyarət ediblər

Ukrayna prezidenti Volodimir Zelenski və Polşanın baş naziri Mateuş Moravetski yaralı ukraynalı müdafiəçilərin müalicə olunduğu Kiyev xəstəxanalarından birinə baş çəkiblər.
Onlar müdafiəçilərlə söhbət edərək tezliklə sağalmalarını arzulayıblar. Prezident Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdikləri şücaət və fədakarlığa görə hərbi qulluqçulara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına dövlət mükafatları təqdim edib.