- Dünyanın halı
- 4 May 2023 15:30
- 2 740
ABŞ: Biz İŞİD-ə qarşı əməliyyatı alqışlayırıq

ABŞ Müdafiə Nazirliyinin sözçüsü briqada generalı Patrik Rayder Milli Kəşfiyyat Təşkilatının (MİT) terror təşkilatı İŞİD-in dördüncü lideri Əbu Hüseyn əl-Hüseyni əl-Qureyşiyə qarşı keçirdiyi əməliyyatdan danışıb.
Mətbuat konfransında sualları cavablandıran Rayder Türkiyənin İŞİD-lə mübarizəsini təqdir etdiklərini qeyd edib.
"Hazırda bu hesabatları təsdiq edə bilmərik. Doğrudursa, biz bunu alqışlayırıq. Ümumiyyətlə, Türkiyənin İŞİD-ə qarşı etdiklərini yüksək qiymətləndiririk. Bildiyiniz kimi, Türkiyə qüvvələri keçmişdə Suriyanın şimalında sərhəd bölgələrində İŞİD-ə qarşı döyüşüb. Və yenə də beynəlxalq ictimaiyyətin İŞİD-i daimi məğlubiyyətə uğratmaq üçün edə biləcəyi bir çox şey faydalıdır”.
Qeyd edək ki, Prezident Tayyib Ərdoğan aprelin 30-da əl-Quraşinin zərərsizləşdirildiyini açıqlayıb. MİT-in aprelin 29-da Suriyanın Cinderes şəhəri yaxınlığında keçirdiyi əməliyyat zamanı “təslim ol” çağırışına cavab verməyən Qureyşi üzərindəki kamikadze jiletini partladıb.
Mövsüm
Aznews.az