Böyük Britaniya arıqlama inyeksiyasını təsdiqləməyə hazırlaşır

Böyük Britaniya piylənmə ilə əlaqəli xəstəlikləri azaltmaq üçün arıqlama inyeksiyasını təsdiqləməyə hazırlaşır.

Aznews.az xəbər verir ki, xəstəxanalardakı piylənmə ilə bağlı yükü azaltmaq üçün pilot proqram çərçivəsində "Wegovy" adlı iynəni təsdiqləməyə hazırlaşan İngiltərədə bir xəstənin bu iynədən maksimum iki il istifadə etməsinə icazə veriləcək.

Milli Sağlamlıq Xidmətinin (NHS) apardığı araşdırmanın sonunda bu iynə ilə bədən çəkisinin yüzdə 10-unun itirildiyi müəyyən edilib.

İynə iştahı yatırır və insanlara toxluq hissi verir və daha az yeməyə kömək edir.

İngiltərə Baş naziri Rişi Sunak bu iynənin böyük bir dəyişiklik gətirə biləcəyini açıqlayıb və arıqlama xidmətlərinə 40 milyon funt sterlinq dəyərində büdcə ayrılacağını qeyd edib.

Bununla belə, mütəxəssislər ABŞ-da bir çox məşhurların reklam etdiyi bu cür inyeksiya və dərmanlar barədə xəbərdarlıq edərək, sağlam qidalanma və idmanın həll yolu ola biləcəyini vurğulayırlar.

Mövsüm