Qabonda saxlanılan prezident Əli Bonqo sərbəst buraxılıb

Qabonda 30 avqust çevrilişindən sonra iqamətgahında saxlanılan prezident Əli Bonqonun sərbəst buraxıldığı açıqlanıb.

Aznews.az xəbər verir ki, "Təssisatların Köçürülməsi və Bərpası Komitəsi" (CTRI) adlanan hərbi idarə, sağlamlıq vəziyyətini nəzərə alaraq, Bonqonun indi "istədiyi kimi hərəkət etməkdə azad olduğunu" elan edib.

CTRI qeyd edib ki, Bonqo istəsə xaricə də müalicə oluna bilər.

Mərkəzi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECCAS) Bonqonun azad edilməsi üçün hərbi hökumətlə danışıqlar aparmışdı.

Bildirilir ki, Bonqon 2018-ci ildə insult keçirərək uzun müddət müalicə aldığı Mərakeşə gedə bilər.

Digər tərəfdən, yerli mətbuatda yayılan xəbərlərə görə, BMT Baş katibinin Mərkəzi Afrika üzrə xüsusi nümayəndəsi Abdou Abarri də öz iqamətgahında Bonqonu ziyarət edib.

Mövsüm