- Dünyanın halı
- 3 Oktyabr 19:43
- 2 767
Robert Fikonun hökuməti qurmaq üçün 14 gün vaxtı var

Sentyabrın 30-da Slovakiyada keçirilən seçkilərdə birinci olan Sosial Demokrat Partiyasının (SMER) sədri Robert Fiko prezidentin ona hökuməti qurmaq tapşırığını verdiyini və hökuməti qurmaq üçün 14 gün vaxt olduğunu bildirib.
Aznews.az xəbər verir ki, Robert Fiko açıqlamasında bildirib ki, dünən prezident Zuzana Çaputova ona hökuməti qurmaq tapşırığını verib.
Hökumətin qurulması üçün 14 gün olduğunu qeyd edən Fiko, "Asan bir proses olmayacaq, lakin Slovakiyada hökumətin qurulması üçün əlimizdən gələni edəcəyik",-deyə qeyd edib.
Fiko koalisiya danışıqlarına hansı partiya ilə başlayacağı ilə bağlı sualları cavabsız qoyub.
Slovakiya Seçki Şurası rəsmi nəticələri açıqladıqdan sonra prezident Çaputova dünən Fiko başda olmaqla digər partiya liderləri ilə görüşərək hökuməti qurmaq vəzifəsini Fikoya verib.
Mövsüm