Siyarto Ukraynanın Aİ-yə qəbulu ilə bağlı danışıqlara başlamamağa çağırıb

Macarıstan hesab edir ki, Ukrayna ilə Avropa Birliyinə (Aİ) qəbulla bağlı danışıqlara başlamaq indi məsuliyyətsiz addım olardı.

Bunu Brüsseldə Aİ ölkələrindən olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

“Mövcud AK planı düşünülmüş deyil və hazırlanmayıb. Avropa nöqteyi-nəzərindən Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq tamamilə məsuliyyətsizlik olardı. Biz açıq şəkildə bildirmək istərdik ki, biz belə bir yanaşmadan imtina edirik”, - XİN rəhbəri Ukraynaya yardım məsələləri və Yaxın Şərqdəki vəziyyətin müzakirə edildiyi iclasda fasilə zamanı macar jurnalistlərlə söhbətində bildirib.

Siyarto həmçinin qeyd edib ki, Avropa Komissiyasının Ukraynanın Aİ-yə daxil olmaq üçün yeddi şərtdən dördünü yerinə yetirməsi ilə bağlı iddiaları “sadəcə reallığa uyğun gəlmir”.

Nazirin sözlərinə görə, danışıqlara başlamazdan əvvəl Ukraynanın icmaya qoşulmasının nəticələrini diqqətlə təhlil etmək lazımdır.

Mövsüm

Aznews.az