Çin Nauru ilə münasibətlərdə “yeni səhifə” açmağa razıdır

Çin Xarici İşlər Nazirliyi ölkənin Tayvanla diplomatik əlaqələrini kəsdiyini elan etdikdən sonra Çin hakimiyyəti Nauru ilə münasibətlərdə “yeni səhifə” açmağa hazır olduğunu bildirib.

"Biz suveren və müstəqil ölkə kimi Nauru hökumətinin "vahid Çin" prinsipini tanımaq və Tayvan administrasiyası ilə qondarma diplomatik əlaqələri kəsmək qərarını yüksək qiymətləndirir və alqışlayırıq", - nazirliyin bəyanatında deyilir.

Nazirlik, Nauru hakimiyyətinin qərarının "xalqın iradəsinə və zamanın tendensiyasına uyğun olduğunu" vurğulayıb.

"Tayvan ölkəmizin ərazisinin ayrılmaz hissəsidir və Çin Xalq Respublikası hökuməti bütün Çini təmsil edən yeganə qanuni hökumətdir", - Xarici İşlər Nazirliyi vurğulayıb.

Nauru prezidenti David Adeanq daha əvvəl bildirib ki, ölkə hökuməti Tayvanı artıq bir ölkə kimi tanımır və onu Çinin ayrılmaz hissəsi hesab edir. O, ada ilə diplomatik əlaqələrin kəsildiyini açıqlayıb və Çinlə əlaqələri bərpa etməyə hazır olduğunu bildirib.

Mövsüm

Aznews.az