- Dünyanın halı
- 22 Yanvar 2024 10:24
- 3 420
Mask prezident seçkilərində Baydenə səs verməyəcəyini söyləyib
Amerikalı sahibkar İlon Mask 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində ABŞ-nin hazırkı prezidenti Co Baydenə səs verəcəyini təsəvvür edə bilməyəcəyini söylədi.
"Mən bu dəfə özümü Baydenə səs verdiyimi görə bilmirəm",- deyə Mask bazar günü X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Qeyd edək ki, keçən il aprelin 25-də Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək üçün mübarizə aparacağını bəyan edib. O, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq istəyən keçmiş ABŞ prezidenti Donald Trampla rəqabət aparır.
Mövsüm
Aznews.az