Lavrov fevralın 7-də KTMT parlamentariləri ilə görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin parlamentariləri ilə görüşərək, assosiasiyanın üzərinə düşən vəzifələri necə yerinə yetirdiyini müzakirə edəcək.

Aznews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun fevralın 7-də Moskvada KTMT-yə üzv ölkələrin parlament komissiyalarının sədrləri ilə görüşü nəzərdə tutulub. Onların beynəlxalq əlaqələr, müdafiə, təhlükəsizlik məsələləri, həmçinin KTMT-nin Rusiyadakı səfirləri ilə KTMT-nin məsuliyyət zonası və qonşu regionlardakı vəziyyətlə bağlı rəylər planlaşdırılır”, - xəbərdə bildirilib.

Mövsüm