Yaponiya: İsrailin ilhaqı beynəlxalq hüquqa ziddir

Niderlandın inzibati paytaxtı Haaqadakı Sülh Sarayında fəaliyyət göstərən Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) İsrailin işğal olunmuş Fələstin ərazilərindəki tətbiqlərinin hüquqi nəticələri ilə bağlı dinləmələr davam edir.

Dinləmələrdə Yaponiya adından çıxış edən Yaponiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq Məsələləri Bürosunun baş direktoru Mikanaqi Tomohiro Yaponiyanın “iki dövlətli həll”i dəstəklədiyini bildirib.

İşğal yolu ilə torpaqların ilhaqının beynəlxalq hüquqa zidd olduğunu bildirən Mikanaqi beynəlxalq hüquq normalarının işğal olunmuş Fələstin torpaqlarına da şamil edildiyini qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) qurumlarının qərarlarının nəzərə alınması lazım olduğunu deyən Mikanaqi, daimi sülhə gedən yolun bu qərarlara əməl etməkdən keçdiyinə diqqət çəkib.

Mövsüm

Aznews.az