Afinada taksi sürücüləri iki günlük tətilə başlayıblar

Afinada taksi sürücüləri SATA həmkarlar ittifaqının qərarı ilə iki günlük tətilə başlayıblar.

Bu barədə Yunanıstanın "ERT-news" telekanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, tətil fevralın 27-də başlayıb və fevralın 28-də bütün günü davam edəcək. SATA hökumətdən taksi xidmətlərində ƏDV dərəcələrini 13% səviyyəsində saxlamağı, 2026-cı ildən etibarən yalnız sıfır emissiyalı nəqliyyat vasitələrinin taksilərdə qeydiyyata alınmasına icazə vermək qərarını ləğv etməyi və sərnişinləri olan taksilərin xüsusi avtobus və trolleybus zolaqlarında sərbəst hərəkət etməsinə icazə verməyi tələb edir.

Mövsüm

Aznews.az