Ukrayna səfiri NATO-dan ölkəsinin alyansa daxil olma vaxtını göstərməyi xahiş edib

Ukrayna NATO-ya üzv olmaqda israrlı deyil, indi onun üçün silah təchizatı daha vacibdir.

Bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar “Yeni Şafak” qəzetinə müsahibəsində deyib.

“Bizim mesajımız çox aydındır. Biz istəyirik ki, bizim (alyansa - red.) üzvlük məsələsinə münaqişədən sonra baxılsın. Biz bu məsələdə israrlı deyilik. Ukraynanın indi sadəcə silaha ehtiyacı var”, - deyə Bodnar bildirib.

Eyni zamanda, o vurğulayıb ki, ölkəsi NATO-ya üzv olmaqda israr etməsə belə, oraya üzv olmağa icazə veriləcək zaman çərçivəsini bilmək istəyir. Xüsusilə, Ukrayna iyulda Vaşinqtonda keçiriləcək alyans sammitində bu suala cavab almaq istərdi. Bundan əlavə, Kiyev onun təşkilata daxil olması üçün şərtlərin aydınlaşdırılmasını istəyir.

Səfirin sözlərinə görə, hazırda onun dövlətinin alyansa daxil olması ilə bağlı yeni məlumat yoxdur.

Mövsüm

Aznews.az