İsrail MN: Bizə qarşı olan istənilən dövlətin ərazisinə zərbələr endiriləcək

"İran bizə hücum etsə cavab zərbəsi endirəcəyik".

Aznews.az-ın "Times of Israel"ə istinadən məlumatına görə, bunu İsrailin müdafiə naziri Yoav Qallant hərbçilər qarşısında çıxışı zamanı bildirib.

O deyib ki, hazırda ölkəsi bir neçə cəbhədən hücuma məruz qalır. Bununla belə o deyib ki, istənilən qüvvə hücum planı hazırlayarsa, adekvat cavab tədbirləri görüləcək:

"Bu halda biz çox qətiyyətli cavab verəcəyik. Daha doğrusu, bizə qarşı olan istənilən dövlətin ərazisinə zərbələr endiriləcək. Bizim buna hər cür hərbi potensialımız var. İsrailin ordusu son dərəcə böyük gücə malikdir. Düşmən bizim ona hansı sürprizləri hazırlayacağımızı bilə bilməz".