G7 ölkələri İranı HƏMAS hərəkatına dəstəyi dayandırmağa çağırır

Yeddilik Qrupuna (G7) üzv ölkələr İranı Fələstinin HƏMAS hərəkatına dəstəyini dayandırmağa çağırıb.

Bu barədə G7 xarici işlər nazirləri öz bəyanatlarında bildiriblər.

“Biz İranı HƏMAS-a dəstək verməkdən və Livan Hizbullahına dəstək də daxil olmaqla, Yaxın Şərqdə sabitliyi pozan əlavə addımlar atmaqdan çəkinməyə çağırırıq”.

Nazirlər qeyd ediblər ki, İran tərəfindən davam etdirilən silah təchizatı BMT Təhlükəsizlik Şurasının 2216-cı maddəsini pozur və "gərginliyi təhlükəli şəkildə artırır".

Mövsüm

Aznews.az