Stoltenberq Rusiya diplomatlarının Aİ-yə hərəkətinin məhdudlaşdırılması təklifini dəstəkləyib

NATO-nun baş katibi Yens Stoltenberq “kəşfiyyat zabiti” hesab etdiyi rus diplomatların Avropa İttifaqı (Aİ) daxilində hərəkətinin məhdudlaşdırılması təklifini dəstəkləyib.

Baş katib bu barədə Brüsseldə müdafiə nazirlikləri rəhbərlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Rusiyanın bu “kəşfiyyatçılarının” hərəkətinin məhdudlaşdırılması əvvəllər də görülən işdir. Biz müttəfiqlərin öz hərəkətlərini daha da məhdudlaşdırmaq üçün növbəti addımlarını alqışlayırıq”.

Stoltenberq həmçinin bildirib ki, NATO ölkələri Rusiya tərəfinin alyans üzvlərinə qarşı törətdiyi iddia edilən “təxribat hərəkətləri”nə cavab olaraq Rusiya Federasiyasına qarşı yeni məhdudiyyətlər siyahısı hazırlayıb.

Mövsüm

Aznews.az