Stoltenberq: Nə qədər ki, nüvə silahı var, NATO nüvə ittifaqı olacaq

NATO-nun baş katibi Yens Stoltenberq Böyük Britaniyanın “The Telegraph” qəzetinin podkast yayımında jurnalist Co Barnsın suallarını cavablandırıb.

İyulun 4-də İngiltərədə keçiriləcək ümumi seçkilərdən sonra NATO-nun milli gəlirin 2 faizini müdafiəyə xərcləyəcək sözünün davamını gözlədiklərini ifadə edən Stoltenberq, “Soyuq Müharibədən sonra gərginlik azalanda biz ayrılan büdcəni azaltdıq. Lakin gərginlik yenidən yüksəlir və müdafiə xərclərini artırmaq lazımdır”,- deyə qeyd edib.

NATO-nun səlahiyyət müddətində nüvə məsələsində daha şəffaf olduğunu izah edən Stoltenberq, "Məncə, şəffaflıq bizim nüvə ittifaqı olduğumuza dair doğru mesajı verməyə kömək edir. NATO-nun məqsədi nüvəsiz bir dünyadır, ancaq nüvə silahları olduğu müddətcə. Nüvə ittifaqı olmağa davam edəcəyik",- əlavə edib.

Mövsüm

Aznews.az