- Dünyanın halı
- 10 İyul 10:40
- 2 260
ABŞ qüvvələri Yəməndə husilərin pilotsuz təyyarəsini məhv edib
Yəmən husilərinin atdığı pilotsuz təyyarə ABŞ Silahlı Qüvvələri tərəfindən məhv edilib.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) departamentin X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) məlumat verib.
“Son 24 saat ərzində ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazidə İranın dəstəklədiyi Husilərə məxsus bir pilotsuz uçuş aparatını (PUA) uğurla məhv edib”.
Departamentdən bildirilib ki, pilotsuz təyyarə ABŞ, koalisiya qüvvələri üçün təhlükədir və regionda gəmiçilik üçün təhlükə yaradır.
Mövsüm
Aznews.az